Test imtahanında yolverilməyən hərəkətlər, habelə imtahana gətirilməsi qadağan edilən əşyaların siyahısı yaddaş kitabçasında əks olunur və test imtahanına buraxılması barədə məlumatla birgə namizədin “Şəxsi kabineti”nə göndərilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları”nda əksini tapıb.
Namizəd yaddaş kitabçasında müəyyən edilmiş tələbləri pozduqda, bu barədə akt tərtib edilir və həmin şəxs işə qəbul müsabiqəsindən kənarlaşdırılır. Müvafiq pozuntular işə qəbul müsabiqəsi başa çatdıqdan sonra aşkar edilərsə, bu hal aktlaşdırılır və həmin şəxsin nəticələri ləğv edilir.