Kartoçkanın “Məzmun” sütununda məsələnin qısa məzmunu göstərilərək, yeni sətirdən sənədin (sənədlərin) növü, müəllifi, ünvanı və əsli olması göstərilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.
Buna ehtiyac olmadıqda, sənədlərin məzumunu barədə məlumatlar işlərin və ya sənədlərin başlıqları şəklində verilir.
Protokollar kataloqlaşdırıldıqda gündəlikdə olan məsələlər, baxılmanın nəticələri, qərar hissəsinin məzmunu kartoçkada əks etdirilir.
Adlı kataloqların “Məzmun” sütununda ayrıca sətirlərdə şəxsin soyadı, adı və atasının adı, zərurət olduqda isə bu şəxs barədə sənədlərdə olan digər məlumatlar göstərilir.