Qəza-bərpa işlərinə operativ şəkildə rəhbərlik etmək üçün qəzanın ləğvi üzrə qərargah yaradılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Qərargahın tərkibi qəzanın ləğvi üzrə məsul şəxs MNK obyektinin rəhbərinin əmri ilə təyin olunur.
Qəzanın ləğvi üzrə məsul şəxsin borcudur:
– briqada üzvlərini təhlükəsiz iş üsulları üzrə təlimatlandırmaq;
– qəza sahəsinə yaxın yerlərdə xəbərdaredici nişanlar quraşdırmaq, neft dağılan ərazini qırmızı bayraqlarla əhatəyə almaq, sutkanın qaranlıq vaxtı işıq siqnalları quraşdırmaq, qəza baş verdiyi sahəni işıqlandırmaq və digər işlərin həyata keçirilməsi üçün tədbirlər görmək;
– dəmir və avtomobil yolları ilə neft kəmərinin kəsişdiyi yerlərdə qəza baş verdikdə orada post qurmaq;
– qəzanın ləğvi ilə məşğul olan adamların təhlükəsiz yerləşdirilməsini təmin etmək.