Sığortaçının məcmu kapitalının hesablanması məqsədilə onun öz vəsaitinin ifadə olunduğu qeyri-dövlət qiymətli kağızlarının balans dəyərlərinə hansı əmsallar tətbiq edildiyi açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığortaçıların investisiya əməliyyatları ilə bağlı Qayda”da əksini tapıb.
Sığortaçının məcmu kapitalının hesablanması məqsədilə onun öz vəsaitinin ifadə olunduğu qeyri-dövlət qiymətli kağızlarının balans dəyərlərinə aşağıdakı əmsallar tətbiq edilir:
çoxtərəfli inkişaf bankları tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:
– minimum 2-ci kredit reytinq qrupuna daxil olan çoxtərəfli inkişaf bankları tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 100%;
– 2-ci kredit reytinq qrupundan aşağı kredit reytinq qrupuna daxil olan çoxtərəfli inkişaf bankları tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 0%;
– yerli hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:
– dövlət zəmanəti ilə təmin olunan qeyri-dövlət qiymətli kağızları – 100%;
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən buraxılan ipoteka istiqrazları – 100%;
hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızlarının Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təmin olunan hissəsi – 100%;
Bakı Fond Birjasının listinqində olan qeyri-dövlət qiymətli kağızları:
– əlaqəli şəxs olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:
– ölkə kredit reytinqindən maksimum 2 pillə aşağı olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 60%;
– ölkə kredit reytinqindən 3 pillə və daha aşağı olan və ya kredit reytinqi olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 40%;
əlaqəli şəxs olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:
– ölkə kredit reytinqindən maksimum 2 pillə aşağı olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 80%;
-ölkə kredit reytinqindən 3 pillə və daha aşağı olan və ya kredit reytinqi olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 60%;
Bakı Fond Birjasının listinqində olmayan qeyri-dövlət qiymətli kağızları:
– əlaqəli şəxs olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:
– ölkə kredit reytinqindən maksimum 2 pillə aşağı olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 30%;
-ölkə kredit reytinqindən 3 pillə və daha aşağı olan və ya kredit reytinqi olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 20%;
əlaqəli şəxs olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:
– ölkə kredit reytinqindən maksimum 2 pillə aşağı olan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 40%;
– ölkə kredit reytinqindən 3 pillə və daha aşağı olan və ya kredit reytinqi olmayan hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 30%;
xarici hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları:
– minimum 2-ci kredit reytinq qrupuna daxil olan xarici hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 100%;
– 2-ci kredit reytinq qrupundan aşağı kredit reytinq qrupuna daxil olan xarici hüquqi şəxslər tərəfindən buraxılan qeyri-dövlət qiymətli kağızları – 0%;