Bank xarici valyutada olan likvidlik mövqeyinə nəzarəti həyata keçirmək məqsədilə xarici valyuta üzrə ayrıca “qəp” təhlili aparmalı, ödəniş müddətlərinin bölgüsü cədvəlində Mərkəzi Bankın hesabat tarixinə olan məzənnəsinə uyğun olaraq manat ekvivalentində əks etdirməli, habelə xarici valyutaya olan ümumi tələbatı qiymətləndirməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nda əksini tapıb.

Xarici valyuta üzrə “qəp” təhlilinin nəticələrini nəzərə alaraq bank xarici və daxili bazarlardan borc vəsaitlərini əldə etmə imkanına, bir valyutanın digər valyutaya dərhal konvertasiya edilməsi imkanlarına, məzənnənin dəyişməsinə və bununla bağlı aktivlərin dəyərində baş verən mənfi meyllərə daimi monitorinqi həyata keçirməlidir.