Sadə poçt göndərişlərinin, dövrü çap nəşrlərinin, habelə qeydiyyatlı poçt göndərişlərinin daxil olması barədə bildirişlərin ünvançılar tərəfindən alınması üçün poçt obyektində abunə qutuları quraşdırılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Abunə qutusunu icarəyə götürmüş fiziki və ya hüquqi şəxs qutunun nömrəsi əsasında ona ünvanlanmış sadə məktubları, dövrü çap nəşrlərini və bildirişləri bu qutuya yönəldə bilər.