Qazaxıstanın Almatı şəhərində hosteldə yanğın baş verib.

Heftelik.az-ın xəbərinə görə,  bu barədə Almatı şəhər Fövqəladə Hallar Departamenti məlumat yayıb.

Qeyd edilb ki, görülən tədbirlərlə yanğın saat 06:22-də söndürülüb. Kəşfiyyat və yanğının söndürülməsi zamanı əvvəllər 13 nəfərin meyiti aşkar edilib, kimliyi müəyyənləşdirilir.

Hosteldə 72 nəfər olub, 59 nəfər təxliyə edilib.