Arxiv işləri bölməsi Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik, Prokurorluq və məhkəmə orqanlarının, digər nazirlik, idarə, müəssisə, təşkilatların, həmçinin vətəndaşların sorğusu əsasında arxiv arayışları, sənədləri və bu sənədlərdən çıxarışları müvafiq normativ sənədlərin tələblərinə əsasən, məxfilik rejimi qaydalarına riayət etməklə verir (göndərir).

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.

Arxiv arayışlarına sorğu predmetinə uyğun olaraq arxiv işləri bölməsindəki sənədlərdə olan məlumatlar daxil edilir.