Yeni məhsul üzrə likvidlik riskinin idarə edilməsi bank tərəfindən yeni məhsul və ya xidmət təqdim edilərkən qabaqcadan yarana biləcək risklərin qiymətləndirilməsinin aparılması və bankın likvidlik vəziyyətinə təsirin təhlil edilməsidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nda əksini tapıb.
Bank yeni məhsulun və ya xidmətin təqdim edilməsi ilə bağlı ehtimal olunan likvidlik risklərini effektiv idarəetmə potensialına sahib olmalıdır.