Bank likvidliyin örtülmə əmsalını məcmu halda və xarici valyutada ayrılıqda hesablamalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nda əksini tapıb.
2023-cü ilin 01 dekabr tarixinə likvidliyin örtülmə əmsalı məcmu halda və xarici valyutada ayrılıqda 100 (yüz) faiz və ya bundan yuxarı olan banklar həmin əmsalların 100 (yüz) faizdən aşağı həddə düşməməsini təmin etməlidir.
7.3. 2023-cü ilin 01 dekabr tarixinə likvidliyin örtülmə əmsalı məcmu halda və xarici valyutada ayrılıqda 100 (yüz) faizdən az olan banklar həmin əmsalları aşağıdakı cədvəldə müəyyən edilmiş hədlərdən az olmayan səviyyədə təmin etməlidir:
Bank qrupları | 2024-cü ilin 01 iyun tarixindən sonra | 2024-cü ilin 01 dekabr tarixindən sonra | 2025-ci ilin 01 iyun tarixindən sonra | 2025-ci ilin 01 dekabr tarixindən sonra |
Sistem əhəmiyyətli banklar istisna olmaqla, digər banklar | 70% | 80% | 90% | 100% |
Sistem əhəmiyyətli banklar | 80% | 90% | 100% | 100% |