Beynəlxalq təşkilatın qiymətli kağızıları ilə alqı-satqı əqdləri investisiya qiymətli kağızları ilə alqı-satqı əqdlərinin bağlanmasını tənzimləyən normativ xarakterli akta uyğun olaraq bağlanılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası, kütləvi təklifi və tədavülü Qaydası”nda əksini tapıb.

Fond birjasında qiymətli kağızlarla alqı-satqı əqdləri yalnız qiymətli kağızların fond birjasının daxili qaydalarına əsasən kütləvi ticarətə qəbulundan sonra həyata keçirilir.

Beynəlxalq təşkilatın qiymətli kağızlarının nominal dəyəri və onlar üzrə ödənilməli olan faizlər (faizli qiymətli kağızlar üçün) tam ödənildikdən sonra beynəlxalq təşkilatın qiymətli kağızları ödənilmiş hesab edilir və dövriyyədən çıxarılır.