Beynəlxalq təşkilat kütləvi təklif olunan qiymətli kağızlarının buraxılış şərtlərini, o cümlədən qiymətli kağızların nominal dəyəri, sayı və yerləşdirilmə üsulunu beynəlxalq təşkilatın rəsmi internet səhifəsində açıqlamalıdır və onun surəti yerləşdirmə üzrə anderraytinq xidmətini həyata keçirən investisiya şirkəti və ya investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bank tərəfindən ödənişsiz qaydada investorlara təqdim edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası, kütləvi təklifi və tədavülü Qaydası”nda əksini tapıb.