Növbəti ildə 31 min müəllimin sertifikatlaşdırmaya cəlb edilməsi nəzərdə tutulur.
Heftelik.az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, sertifikatlaşdırama riyaziyyat, Azərbaycan dili və ədəbiyyat, ingilis dili, rus dili, rus dili və ədəbiyyatı, alman dili və fransız dili müəllimləri üçün olacaq:
“Sertikatlaşdırma iyunun sonuncu ongünlüyündə olacaq”.