Naqilin dayaq nasosunun elektrik mühərrikindən generatorla idarəetmə lövhəsinə birləşdirilməsi ştepsel ayırıcısı vasitəsilə həyata keçirilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Əsas və dayaq nasosları, elektrik stansiyaları komplektə daxil olan yerləbirləşdiricilərlə yerləbirləşdirilməlidir. Kabellərin elektrik avadanlığına qoşmaq üçün onlar yerdən 1 metrdən az olmayan hündürlükdə və komplektə daxil olan inventar dayaqlar üzərində yerləşdirilməlidir və dayaqlar arasında məsafə 5-6 metr olmalıdır. Gecə vaxtı kabel xətti işıqlandırılmalı və işarələnməlidir.