Xəbər verildiyi kimi iyulun 1-də Gəncə şəhəri ərazisində 1988-ci il təvəllüdlü Şəhla Bayramovanın qəsdən öldürülməsinə cəhd edilməsi faktı ilə bağlı şəhər prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.

Gəncə şəhər prokurorluğundan Heftelik.az-a verilən məlumata görə, istintaqla 1989-cu il təvəllüdlü Ramil İmanovun şəhərin Məhsəti qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı keçmiş arvadı Şəhla Bayramovaya azyaşlı oğlunun gözləri qarşısında bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Ramil İmanova Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.