Kissincer vəfat etdi

30 Noyabr 2023, 08:04

ABŞ-nin keçmiş dövlət katibi Henri Kissencer vəfat edib.

Heftelik.az-ın xəbərinə görə, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Nobel sülh mükafatı laureatı keçmiş dövlət katibi 100 yaşında dünyasını dəyişib.

Henri Kissencer 1923-cü ilin 27 may tarixində Almaniyada, Bavariya əyalətinin Fyürt şəhərində yəhudi ailəsində anadan olub. Kissincerlər ailəsi 1938-ci ildə  nasist təqibindən xilas olmaq üçün ABŞ-yə yollanıb.

Henri Kissencer 1973-1977 illərdə ABŞ Dövlət Departamentinə rəhbərlik edib.