Sığortaçının məcmu kapitalının hesablanması məqsədilə onun öz vəsaitinin ifadə olunduğu hüquqi şəxslərin nizamnamə kapitalına qoyulmuş vəsaitlərin balans dəyərlərinə hansı əmsallar tətbiq edildiyi açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Sığortaçıların investisiya əməliyyatları ilə bağlı Qayda”da əksini tapıb.

Sığortaçının məcmu kapitalının hesablanması məqsədilə onun öz vəsaitinin ifadə olunduğu hüquqi şəxslərin nizamnamə kapitalına qoyulmuş vəsaitlərin balans dəyərlərinə aşağıdakı əmsallar tətbiq edilir:

–  əlaqəli şəxs olan hüquqi şəxslərin nizamnamə kapitalına qoyulmuş vəsaitlər – 50%;

–  əlaqəli şəxs olmayan hüquqi şəxslərin nizamnamə kapitalına qoyulmuş vəsaitlər – 80%;

Öz işçilərinə borc verilmiş pul vəsaitlərinə münasibətdə isə bu əmsal 50%-dir.