“Qəp” təhlili aparılarkən fərdi (hər hansı dövr üzrə) və kumulyativ (bütün dövrlər üzrə) mənfi likvidlik qəpləri təhlil olunmalı və bank tərəfindən müəyyən edilmiş limitlərlə müqayisə edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nda əksini tapıb.
“Qəp” təhlilinin nəticələri sənədləşdirilməli, təhlilin nəticələrinə əsasən müvafiq tədbirlərin həyata keçirilməsinə dair təkliflər risklərin idarə edilməsi bölməsi tərəfindən hazırlanaraq bankın Müşahidə Şurası, Risklərin idarə edilməsi komitəsi (bundan sonra – RİK) və İdarə Heyətinə təqdim edilməlidir. “Qəp” təhlilinin nəticələrinə əsasən müvafiq tədbirlərin həyata keçirilməsinə dair təkliflər İdarə Heyəti tərəfindən (Müşahidə Şurası və RİK-in səlahiyyətlərinə aid məsələlər istisna olmaqla) təsdiq edilir.