Son vaxtlar qızılcaya yoluxma halları artıb. Qızılcaya yoluxanlar arasında uşaqlar üstünlük təşkil edir. Bu səbəbdən qızılcaya yoluxmalarla bağlı hansısa məktəb və ya sinfin karantinə bağlanıb-bağlanmaması məsələsinə aydınlıq gətirilib.

Heftelik.az-ın məlumatına görə, bu barədə APA-ya  açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov məlumat verib.

O qeyd edib ki, qızılcaya yoluxma ilə bağlı hansısa məktəb və ya sinfin karantinə bağlanması ilə bağlı hal yoxdur.