Qızılcaya yoluxma ilə əlaqədar təhlükıli vəziyyət olsa qapanmalara gedilə bilər.
Heftelik.az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, həm regional idarələrdən, həm Səhiyyə Nazirliyindən olan həmkarlarla birgə vəziyyəti tədqiq edirlər:
“Bizim məlumatlarla əsaslansaq, bu və ya digər müəssisədə qapanmaya getməyə hazırlaşmırıq. Amma növbəti günlərdə bu məlumatları tədqiq etdikdən sonra, hardasa təhlükəli vəziyyət yaranarsa, mütəxəssislərin rəyi və tövsiyəsi ilə hansısa məktəb və ya siniflərin distant təhsilə keçməsi istiqamətində qapanmalara gedilə bilər. Bizim belə bir səlahiyyətimiz var. Lakin hələ bu səlahiyyətimizdən istifadə etmək niyyətində deyilik”.