Riyazi ehtiyatlar hesabat tarixinə qədər baş verməmiş, lakin sığorta (təkrarsığorta) müqaviləsinin qüvvədə olma müddətində gələcəkdə baş verməsi mümkün ola bilən sığorta hadisələri üzrə sığorta ödənişlərinin verilməsi ilə bağlı sığortaçının (təkrarsığortaçının) öhdəliyidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığortaçıların investisiya əməliyyatları ilə bağlı Qayda”da əksini tapıb.
Dövlət qiymətli kağızı bu Qaydanın məqsədləri üçün yerli və xarici səlahiyyətli dövlət orqanları tərəfindən buraxılan qiymətli kağızdır.