Torpaq anbarından neftin dağılmasının qarşısını almaq üçün nələrı riayət edilməli olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Torpaq anbarından neftin dağılmasının qarşısını almaq üçün aşağıdakılara riayət edilməlidir:
– neftin səviyyəsindən torpaq anbarının yuxarısına qədər məsafə 1,0 metrdən az olmamalıdır;
– bəndin divarının hündürlüyü 1,5 metrdən çox olmamalı, üstünün eni 1,0 metrdən az olmamalıdır;
– bəndin maili səthi 450-dən çox olmamalıdır;
– anbarın aşağı hissəsində drenaj qurulmalıdır.