Bankın stress-test modeli banka və onun fəaliyyətdə olduğu bazara xas ssenarilərin ayrı-ayrılıqda və birlikdə banka təsirlərinin ölçülməsini təmin etməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nda əksini tapıb.

Bankın xaricdə yerləşən filial, törəmə bank(lar) və digər törəmə təsərrüfat cəmiyyətlərinin likvidliyi üzrə stress-test bank tərəfindən əvvəlcədən müəyyən edilmiş qaydada ayrıca olaraq həyata keçirilə bilər. Belə halda stress-testin nəticələri bankın baş ofisinə təqdim olunmalıdır.