Beynəlxalq təşkilatın qiymətli kağızlarının yerləşdirilməsi onun ilk mülkiyyətçilərinin depo hesablarına köçürüldüyü anda başa çatmış sayılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası, kütləvi təklifi və tədavülü Qaydası”nda əksini tapıb.

Beynəlxalq təşkilatın  qiymətli kağızlarının yerləşdirilməsi kütləvi təklif və ya qapalı yerləşdirmə üsulu ilə həyata keçirilir. Kütləvi təklif üsulu ilə yerləşdirilən beynəlxalq təşkilatın qiymətli kağızları fond birjasının müvafiq bazar seqmentində listinqə daxil edilir.