Sığortaçı tərəfindən girov qoyulmuş aktivlər sığorta ehtiyatlarının təmin edilməsində və məcmu kapitalın hesablanmasında iştirak etmir.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığortaçıların investisiya əməliyyatları ilə bağlı Qayda”da əksini tapıb.
Həmin aktivlər yalnız müvafiq əməliyyatlar üzrə yaranan balans öhdəliklərinin təmin edilməsində istifadə olunmalıdır. Bu aktivlərin fərqləndirilməsi hesabat formasında aktivin adının qarşısında “(Sığortaçı tərəfindən
girov qoyulmuş)” sözləri yazılmalıdır.