Cəlb olunmuş vəsaitlərin mənbələrinin konsentrasiyası bankın fəaliyyətinin xüsusiyyətlərindən, məhsullarının və fəaliyyət göstərdiyi bazarların növündən asılı olaraq hesablanmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nda əksini tapıb.
Bu zaman aşağıdakılar nəzərə alınır:
– cəlb olunmuş vəsaitlərin mənbələrinin ən azı aşağıdakı istiqamətlər üzrə konsentrasiyası hesablanmalıdır:
– öhdəliklərin müxtəlif növləri üzrə;
– əmanətçilər/kreditorlar (fiziki və hüquqi şəxslər, dövlət orqanları (qurumları), banklar və digər maliyyə institutları və s.) və onların fəaliyyət sahələri üzrə;
– ödəniş müddətləri üzrə;
– coğrafi yerləşmə yeri üzrə (məsələn, ölkə, region və s);
– vəsaitin məbləği və faiz dərəcəsi və (və ya) digər ödənişlər) üzrə.