Mərkəzi Bankın beynəlxalq təşkilatın qiymətli kağızlarının emissiyasının hansı hallarda baş tutmamış hesab etdiyi açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası, kütləvi təklifi və tədavülü Qaydası”nda əksini tapıb.
Mərkəzi Bank beynəlxalq təşkilatın qiymətli kağızlarının emissiyasını aşağıdakı hallarda baş tutmamış hesab edir:
– buraxılış şərtləri qüvvədən düşdükdə;
– emissiyanın baş tutmamış hesab edilməsi barədə qərar qəbul edildikdə.