Likvidlik riskinin idarə edilməsi sisteminə aydınlıq gətirilib.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nda əksini tapıb.

Bankda likvidlik riskinin idarə edilməsi sistemi aşağıdakı elementlərdən ibarətdir:

–  likvidlik riskinin idarə edilməsi üzrə risk iştahası, siyasət və daxili qaydalar;

–  likvidlik riskinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi;

– likvidlik riskinin azaldılması tədbirləri;

– likvidlik riskinin monitorinqi, hesabatlıq və likvidlik riskinə daxili nəzarət;

– likvidliyin idarə edilməsi üzrə fövqəladə hallar planı;

– likvidlik riskinin idarə edilməsinin təşkilati strukturu.