Arxiv işləri bölməsinin qiraət zalında arxiv sənədləri ilə işləyərkən, tədqiqatçının həmin sənədləri qiraət zalından çıxarmasına icazə verilmir.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.

Müvəqqəti istifadəyə verilmiş məxfi və tam məxfi arxiv sənədlərindən qeydlər müəyyən olunmuş qaydada uçota alınmış xüsusi bloknotlarda və ya işçi dəftərində yazılmalıdır.