Maşınların işlədiyi ərazidə boru ilə xəndəyin divarları arasında işçilər olduqda işlərin aparılması qadağandır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Maşının kəsici dişlərinin (tiyələrinin) dəyişdirilməsi, sazlama və tənzimləmə işləri təmizləmə maşını elektrik şəbəkəsindən ayrıldıqdan sonra yerinə yetirilməlidir. Neft sızması aşkar olunduqda maşinist işi dərhal dayandırmalı və təmizləmə maşınını elektrik qida mənbəyindən açmalıdır.