Qəza işləri aparılan yerlər yanğın postu və yanğınsöndürmə vasitələri ilə təchiz edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Qəzanın ləğvi ilə məşğul olan bütün işçilər ilkin yanğınsöndürmə vasitələrindən istifadə etməyi və ilk tibbi yardım göstərməyi bacarmalıdırlar. Qəza yerinə texnikanın qığılcımsöndürənsiz daxil olması qadağandır.