Səyyar nasos aqreqatlarında quraşdırılan dayaq nasoslarının və digər avadanlıqların işlədiyi yerlər sutkanın qaranlıq vaxtı işıqlandırılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Səyyar nasos aqreqatları ilkin yanğınsöndürmə vasitələri ilə təchiz edilməlidir. İşə başlamazdan əvvəl nasos aqreqatının sarğılarının boru xətləri kipliyə və möhkəmliyə sınaqdan keçirilməlidir.