Taksi minik avtomobillərinin sürücüləri üçün xüsusi hazırlığın təşkili və keçirilməsi qaydası dəyişib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Nəqliyyat Nazirliyinin 2016-cı il 16 may tarixli 18/Q nömrəli qərarı ilə təsdiq edilmiş “Taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın keçirilməsi Qaydası”nda edilmiş dəyişikliklərdə əksini tapıb.
Bundan əvvəl xüsusi hazırlıq Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində, Bakı şəhərinin inzibati ərazisində taksi minik avtomobillərinin sürücülərinə münasibətdə Bakı Nəqliyyat Agentliyinin “Sürücü Təlim Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətində və Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrində təhsil alanlara münasibətdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin müəyyən etdiyi peşə təhsili müəssisələrində keçirilib. Xüsusi hazırlıq prosesinin yüksək keyfiyyətini təmin etmək məqsədilə qruplar 20 nəfərdən çox və 10 nəfərdən az olmayan sayda formalaşdırılıb. Xüsusi hazırlığın ümumi müddəti mühazirələr (31,5 saat), praktiki məşğələlər (8,5 saat) və yekun qiymətləndirmə (2 saat) ilə birlikdə 42 saat təşkil edib və bir sutka ərzində 6 saatdan artıq olmamaqla keçirilib.