Torpaq işlərinə başlamazdan əvvəl yeraltı kommunikasiyaların (kabel, qaz xətti) yerləşdiyi yerləri göstərən işarələr quraşdırılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Zədələnmənin ləğvi (borunun mərkəzləşdirilməsi, fırlanmayan birləşmə nöqtələrinin qaynağı, korroziyaya qarşı izolyasiya) zamanı təmir aparılan çalanın ölçüləri bütün növ işlərin aparılmasını təmin etməlidir. Çalanın dərinliyi neft kəmərinin çəkildiyi dərinlikdən asılıdır və kəmərdən 0,5-0,6 m aşağı olmalıdır.
Neftin təmizlənməsi və yığılması qaz təhlükəli işlərin təhlükəsiz aparılmasının təşkili üzrə nümunəvi təlimatın tələblərinə riayət edilməklə yerinə yetirilməlidir.