Ucar Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya”nın və Ucar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Ucar rayon Küçəkənd kənd tam orta məktəbdə 01 dekabr 2023-cü il tarixdə maarifləndirici tədbir keçirilib.
Heftelik.az-ın məlumatına görə, maarifləndirmə tədbirində Ucar Rayon İcra Hakimiyyətinin, Ucar Rayon Polis Şöbəsinin əməkdaşları və digər əlaqədar dövlət qurumlarının məsul şəxsləri çıxışlar edərək Ucar rayonu, Küçəkənd kəndinə “Narkomaniyaya yox deyək”, “Ailələrdə uşaqların erkən və qohumlar arası nikahlara cəlb edilməsi”, “Gender əsaslı zorakılıq hallarının qarşısının alınması” və “Dini radikalizm” mövzuları ilə bağlı müəllimlər, şagirdlər və tədbirin digər iştirakçılarını maarifləndiriblər.
Tədbir iştirakçılarına mövzulara uyğun məlumatlar verilib, müəllim və şagirdlərlə narkomaniya və narkomanlıq, erkən nikahlar, ailələrdə uşaqlara qarşı zorakılıq halları və məişət zorakılığı hallarının qarşısının alınması ilə bağlı diskussiyalar aparılıb. Tədbirin sonunda şagirdlərin mövzulara uyğun sualları cavablandırılıb, şagird və müəllimlərlə diskussiyalar aparılıb.