Bir neçə gündür, sosial mediada Bakıda tarixi binanın sökülməsinə dair iddialar yazılır.
Heftelik.az-ın məlumatına görə, məsələ ilə əlaqədar Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən bina tarixi abidə kimi reyestrdə dövlət qeydiyyatında deyil.