Bank fəaliyyətindən irəli gələn risklərin miqyasından, xüsusiyyətindən və bankın fəaliyyət göstərdiyi bazardakı dəyişikliklərdən asılı olaraq yarımildə bir dəfədən az olmayaraq likvidlik vəziyyətinin stress-testini həyata keçirməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nda əksini tapıb.

Bank likvidlik vəziyyətinin stress-testini həyata keçirərkən kredit, bazar, əməliyyat və digər risklər üzrə stress-testlərin nəticələrini nəzərə almalıdır.