Beynəlxalq təşkilatın qiymətli kağızlarının emissiyasının baş tutmamış hesab edilməsi haqqında qərarın qəbul edilməsi tarixindən etibarən 1 (bir) iş günü ərzində  Mərkəzi Bank  bu barədə beynəlxalq təşkilata, qiymətli kağızların təklifi və yerləşdirilməsini həyata keçirən şəxslərə yazılı məlumat verir və 7 (yeddi) iş günü ərzində bu qərarı mediada açıqlayır.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası, kütləvi təklifi və tədavülü Qaydası”nda əksini tapıb.

Beynəlxalq təşkilat kütləvi təklif olunmuş qiymətli kağızlarının emissiyasının baş tutmamış hesab edilməsi barədə Mərkəzi Bankın qərarını bu Qayda ilə müəyyən edilmiş qaydada açıqlamalı, həmin qərarın qəbul edildiyi tarixdən etibarən 10 (on) iş günü ərzində investorlara ödədikləri vəsaitlərin qaytarılmasını təmin etməli və bunun nəticələri barədə Mərkəzi Banka yazılı məlumat təqdim etməlidir.