Beynəlxalq təşkilat qiymətli kağızlarının yerləşdirilməsi hüququnu yalnız onların buraxılışı dövlət qeydiyyatına alındıqdan və kütləvi təklif zamanı qiymətli kağızlarının buraxılış şərtlərində olan məlumatlar müəyyən olunan qaydada açıqlandıqdan sonra əldə edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası, kütləvi təklifi və tədavülü Qaydası”nda əksini tapıb.
Beynəlxalq təşkilat tərəfindən yerləşdirilən qiymətli kağızların sayı buraxılış şərtlərində göstərilən saydan çox olmamalıdır.