Beynəlxalq poçt göndərişlərinə hansı göndərişlərin aid olduğu açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.

Beynəlxalq poçt göndərişlərinə aşağıdakılar aiddir

– poçt kartları – sadə, sifarişli;

– məktublar – sadə, sifarişli, qiyməti bəyan olunmuş;

– banderollar – sadə, sifarişli;

– sekoqramlar – sadə, sifarişli;

– kiçik paketlər – sifarişli;

– “M” kisələri – sifarişli;

– poçt bağlamaları – adi, qiyməti bəyan olunmuş;

– sürətli poçt göndərişləri – sənəd tərkibli, mal tərkibli.