Kartoçkanın “Hadisənin tarixi” sütununda sənəddə təsvir edilən hadisələrin tarixi göstərilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.
Zərurət olduqda sənədlərin tərtib edildiyi tarix “Məzmun” sütununda göstərilir. İnzibati-ərazi vahidinin adı kataloq kartoçkasının “Hadisə yeri” sütununda sənədin aid olduğu dövrün inzibati ərazi bölgüsünə uyğun olaraq yazılır. Kartoçka bütövlükdə bir iş üzrə tərtib edilibsə, “Vərəqlərin №-” sütununda vərəqlərin ümumi sayı göstərilir.