Bir abunə qutusunun bir neçə şəxsin istifadəsinə verilməsinə, habelə icarəyə götürmüş şəxs tərəfindən abunə qutusunun digər şəxsin istifadəsinə verilməsinə icazə verilmir.

Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.

Fiziki və ya hüquqi şəxsin istifadəsinə bir neçə abunə qutusu verilə bilər.