Qəzanın ləğvi zamanı odlu işlər, neft sənayesinin “Partlayış təhlükəli, partlayış – yanğın təhlükəli və yanğın təhlükəli obyektlərində qaynaq və digər odlu işlərin aparılması üzrə nümunəvi təlimatın” və bu qaydaların tələbləri nəzərə alınmaqla yerinə yetirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Neft kəmərində gilli və digər hermetikləşdirici tez bərkiyən tıxaclar en kəsiyi möhkəm bağlamalıdır və kipləşdirmə zamanı təmir edilən sahənin sonunun tam hermetikliyini təmin etməlidir. Gilin kipləşdirilməsi üçün istifadə olunan tərtibatlar boruya toxunduğu halda qığılcım verməyən materialdan olmalıdır.