Cəlb olunmuş vəsaitlərin mənbələrinin konsentrasiyası Herfindal-Hirşman İndeksi (HHİ) vasitəsilə müəyyən oluna bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nda əksini tapıb.
HHİ-nin 1-ə yaxınlaşması maliyyələşmə mənbələrində konsentrasiyanın artmasını, 0-a yaxınlaşması isə diversifikasiyanı göstərir.
Likvidlik riski üzrə normativləri (ani likvidlik əmsalı və likvidliyin örtülmə əmsalı) bank bu Qaydanın tələblərinə uyğun hesablamalıdır.