İkinci qrup A aktivlərin hansı aktivlərdən ibarət olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nda əksini tapıb.
Yüksək keyfiyyətli likvid aktivlərə likvidliyin örtülmə əmsalının hesablanması zamanı ikinci qrup aktivlər daxil edilir.
İkinci qrup A aktivlər aşağıdakı aktivlərdən ibarətdir və hesablamada 85 (səksən beş) faiz həcmdə nəzərə alınır:
– Azərbaycan Respublikasının xarici valyutada buraxdığı dövlət istiqrazları;
– 1-ci qrup aktivlərə aid edilməyən və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “A-” ölkə (suveren) borc reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik ölkələrin hökumətlərinin və ya mərkəzi banklarının buraxdıqları qiymətli kağızlar;
– Fondun buraxdığı təmin edilməmiş qiymətli kağızlar;
– 1-ci qrup aktivlərə aid edilməyən və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum investisiya reytinqə malik çoxtərəfli inkişaf bankları tərəfindən buraxılmış qiymətli kağızlar;
– beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “AA-” kredit reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik qeyri-maliyyə institutlarının korporativ borc qiymətli kağızları;
– dövlət zəmanəti ilə, habelə Mərkəzi Bank tərəfindən pul siyasətinin həyata keçirilməsi üçün tətbiq edilən alətlər üzrə təminat kimi qəbul edilən qiymətli kağızlarla qeyd-şərtsiz təmin olunmuş qeyri-maliyyə institutlarının korporativ borc qiymətli kağızları.