Nasos aqreqatının fırlanan hissələrinin qoruyucu örtüklərinin çıxarılmış vəziyyətdə istismarı qadağandır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Nasos aqreqatı işlədikdə maşinist idarəetmə pultunda aqreqatın platformasında dayanmalıdır. İşləyən aqreqatı nəzarətsiz qoymaq qadağandır.