İzoləedici maşınlarda işləməyə təlim və attestasiyadan keçmiş, bu maşınlara xidmət etməyə vəsiqəsi olan işçilər buraxılırlar.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
İzoləedici maşın boru xəttinin üzərində istismar təlimatına uyğun olaraq, yükqaldırıcı mexanizmlər vasitəsilə quraşdırılmalıdır. İzoləedici maşınla iş yalnız gündüz vaxtı aparılmalıdır.