Qərargahın rəhbəri Qəzaların Ləğvi Planına uyğun olaraq, magistral neft kəmərlərinin xətti hissəsində qəza nəticəsində neft dağılmasının aradan qaldırılması üzrə işləri və qəza-bərpa işlərini təşkil etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Kəşfiyyat qrupu aşağıdakılarla təchiz edilməlidir:
– yeraltı kommunikasiyaların aşkarlanması üçün tras axtarıcı cihazla;
– hava mühitinin təhlilinin aparılması üçün cihazla;
– partlayışdan mühafizəli səyyar çıraqla;
– bütün qrup üzvləri üçün fərdi mühafizə vasitələri ilə;
– neftin dağıldığı yerin çəpərlənməsi və nişanlanması üçün siqnal nişanları, zəruri alətlər dəsti, material, eləcə də rabitə vasitələri ilə.