Kompressor istismara buraxılana qədər onun resiveri texniki baxışdan keçirilməli və qeydiyyata alınmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Texniki baxışın nəticələri resiverin pasportuna yazılmalı, resiverdə isə silinməyən boya ilə qeydiyyat nömrəsi, yol verilən işçi təzyiq, növbəti texniki baxışın tarixi yazılmalıdır.
Kompressor və qaynaq aqreqatı hamar meydançada quraşdırılmalı, təkərlərin altına dayaqlar qoyulmalıdır.