Kütləvi təklif beynəlxalq təşkilatın qiymətli kağızlarının qeyri-müəyyən sayda şəxsə, yaxud media ilə və ya 50 (əlli) nəfərdən artıq şəxsə təklif edilməsidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası, kütləvi təklifi və tədavülü Qaydası”nda əksini tapıb.
Qapalı yerləşdirmə beynəlxalq təşkilatın qiymətli kağızlarını 50 (əlli) nəfərdən az şəxsə təklif etməklə və ya qiymətli kağızların buraxılışı haqqında qərarda qiymətli kağızları əldə edəcək investorları göstərməklə keçirilən yerləşdirmədir.